Rusiyada 12 min adam koronavirusla bağlı tibbi nəzarətdədir
Moskva, 24 fevral, AZƏRTAC
Rusiyada Çindən gəlmiş 12 min adam koronavirusla bağlı tibbi nəzarətdədir.
AZƏRTAC xəbər verir ki, Rusiya İstehlakçıların Hüquqlarının və İnsanların Rifahının Müdafiəsi üzrə Federal Xidmətin (“Rospotrebnadzor”) məlumatına görə, hazırda Moskvanın Çindən reysləri qəbul edən yeganə aeroportu olan “Şeremetyevo” hava limanında xüsusi terminal ayrılıb. Çindən gələnlərin hamısı laboratoriya yoxlamasından keçir və yaşadığı yerdə tibbi nəzarətə götürülür. Fevralın 24-nə olan məlumata əsasən, Rusiyada 12 min adam tibbi nəzarətdə saxlanılır.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
“Bloomberg”: Almaniya yeni “Patriot” batareyaları almağı düşünür
Stoltenberq: NATO-nun müdafiə nazirləri Ukraynaya daha çox hərbi dəstək verməyə razılaşıblar
Gürcüstanda fəaliyyət göstərən QHT-lərin 90 faizi xaricdən maliyyələşir
İstanbulda torpaq sürüşməsi baş verib
Gürcüstan və AİB arasında əməkdaşlığın perspektivləri müzakirə edilib