×
A
A
A
Sazlamalar

Kyokuşin karate üzrə açıq Bakı çempionatı keçirilib

Bakı, 24 fevral, AZƏRTAC 

Şağan Olimpiya İdman Kompleksində Xocalı soyqırımına həsr olunmuş kyokuşin karate üzrə açıq Bakı çempionatı keçirilib. Çempionatda 20-dək klub və cəmiyyəti təmsil edən 250-dən çox idmançı iştirak edib.
AZƏRTAC Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin saytına istinadla xəbər verir ki, Azərbaycan Kyokuşin Karate Federasiyasının vitse-prezidenti Allahverdi Rüstəmov çempionatın açılışında çıxış edərək ölkəmizdə idmanın digər növləri kimi, kyokuşin karatenin də inkişafda olduğunu bildirib.
Qeyd edib ki, mötəbər yarışlarda müvəffəqiyyətlə mübarizə aparan idmançılarımız Azərbaycanın üçrəngli bayrağını uğurla ucaldırlar.
Azərbaycanın dövlət himninin səsləndirilməsindən sonra yarışlara start verilib.
Sonda qalib idmançılar mükafatlandırılıblar.

İdman 2020-02-24 18:33:00