×
A
A
A
Sazlamalar

Aşqarlar Kimyası İnstitutu əməkdaşının məqaləsi ən çox istinad olunan elmi əsərlər sırasına daxil edilib

Bakı, 24 fevral, AZƏRTAC 

AMEA-nın akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunun Mühafizə aşqarları laboratoriyasının aparıcı elmi işçisi, kimya üzrə fəlsəfə doktoru, dosent Oruc Nəbiyevin “Wiley” nəşriyyatının “Biokimya və molekulyar toksikologiya” jurnalında dərc olunan məqaləsi 2018-2019-cu illərdə həmin jurnalda yayımlanan beynəlxalq əhəmiyyətli məqalələr arasında ən çox istinad alan nüfuzlu elmi əsərlər sırasına daxil edilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, bu mühüm nailiyyətinə görə “Wiley” nəşriyyatı redaktorlar birliyi Oruc Nəbiyevə məqalələrini impakt faktorlu “Hüceyrə fiziologiyası”, “Hüceyrə biokimyası” və “Fitoterapiya tədqiqatı” jurnallarında dərc etdirməyi təklif edib.
Oruc Nəbiyev bu uğuruna görə institut rəhbərliyi tərəfindən diplom və 300 manat pul mükafatı ilə təltif edilib.

Elm və təhsil 2020-02-24 18:30:00