×
A
A
A
Sazlamalar

Azərbaycan badmintonçusu beynəlxalq turnirdə bürünc medal qazanıb


Bakı, 24 fevral, AZƏRTAC
Azərbaycan badmintonçusu Edi Reski Dviçayo Uqandanın Kampala şəhərində keçirilən “International Series” kateqoriyalı “Uganda International 2020” turnirində bürünc medal qazanıb.
AZƏRTAC xəbər verir ki, mübarizəyə əsas mərhələdən qoşulan təmsilçimiz onaltıdabir finalda Portuqaliya təmsilçisi Atilano Bernardoya 2:0 hesabı ilə qalib gəlib. Səkkizdəbir final mərhələsində çexiyalı Milan Ludiki 2:0 hesabı ilə məğlub edən E.Dviçayo yarımfinala vəsiqə uğrunda görüşdə hindistanlı Sen Çiraq üzərində 2:0 hesablı qələbə qazanıb. O, yarımfinalda Niluka Karunaratneyə 1:2 hesabı ilə uduzub. Bu nəticə ilə Azərbaycan idmançısı hesabına 1750 reytinq xalı yazdırıb.
Turnirdə 25 ölkədən 94 atlet birincilik uğrunda mübarizə aparıb.

İdman 2020-02-24 18:17:00