×
A
A
A
Sazlamalar

3D rəsmləri ilə diqqət çəkən bacarıqlı gənc REPORTAJ VİDEO

Şəmkir, 24 fevral, Ruslan Novruzoğlu, AZƏRTAC

Şəmkir rayonunda yaşayan Elşən Allahverdili bacarığı ilə həmyaşıdlarından seçilir. Rəssamlıq təhsili almasa da, o, 3D formatında professional rəsmlər çəkir.
AZƏRTAC xəbər verir ki, gənc rəssam bütün əl işlərini fırça və boyadan istifadə etmədən ərsəyə gətirir. İşlətdiyi isə yalnız rəngli karandaşlardır.
Elşən Allahverdili əl işlərinin dünyada tanınmasını istəyir. Deyir ki, 3D formatında olan bu rəsmləri qrafika oyununda, yaxud da cizgi filmlərində istifadə etmək olar. Ən böyük arzusu isə əl işlərinin milli cizgi filmlərimizdə istifadə olunmasıdır.
Gənc rəssam Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun kompozisiyasını da yaradıb.
Elşən hələ məktəb illərindən rəsmlər çəkdiyini deyir. Lakin həmin dövrdə gül-çiçək, avtomobil və digər əşyaların şəkillərini çəkib. Sonralar onun yaradıcılığında daha çox döyüş, vətənpərvərlik mövzuları üstünlük təşkil edib. Bacarığını bir qədər də inkişaf etdirən gənc rəssam fantastik-döyüş janrında bir-birindən maraqlı rəsmlər çəkməyə başlayıb.
Şəmkirli gəncin rəsmlərindəki qəhrəmanları məşhur cizgi filmlərinin obrazlarına oxşadanlar olsa da, onların heç biri həmin animasiya filmlərindəki qəhrəmanlar deyil. Müəyyən cizgilər və geyim formaları oxşarlıq təşkil etsə də, Elşənin əsərlərindəki qəhrəmanların hamısı tamamilə öz fantaziyasının məhsuludur.

 

Regionlar 2020-02-24 18:09:00

Video