×
A
A
A
Sazlamalar

Tbilisidə aksiya : Xocalı soyqırımını tanıdaq!

Tbilisi, 24 fevral, AZƏRTAC
Gürcüstanın paytaxtı Tbilisidə Xocalı faciəsinin 28-ci ildönümü ilə əlaqədar tanıtım aksiyası keçirilib.
AZƏRTAC xəbər verir ki, aksiyada üzərində “Xocalıya ədalət!” yazılmış jiletlər geyinmiş azərbaycanlı gənclər şəhər sakinlərinə Xocalı qətliamı, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixi və işğal altında olan rayonlar barədə gürcü dilində məlumatların əks olunduğu broşürlər paylayıblar.
Aksiyada Gürcüstan ərazilərinin işğal faktına da diqqət çəkilib, ingilis və gürcü dillərində “İşğala yox!” şüarı səsləndirilib.
Maarifləndirmə aksiyası Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq kampaniyasına dəstək məqsədi daşıyıb.
Aksiya çərçivəsində kamançada həzin musiqilər ifa olunub, iştirakçılar Azərbaycan, gürcü və ingilis dillərində “Xocalıya ədalət!” şüarı səsləndiriblər.
Qeyd edək ki, aksiya Tbilisidəki M.F.Axundov adına Azərbaycan Mədəniyyəti Mərkəzinin təşəbbüsü və dəstəyi ilə “Azərkitab” Kitab Mərkəzi və Gürcüstanın azərbaycanlı gənclərinin təmsil olunduğu Millətçi Gənclər Təşkilatı tərəfindən həyata keçirilib.

Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi

Qan yaddaşı 2020-02-24 16:42:00