×
A
A
A
Sazlamalar

AMEA Naxçıvan Bölməsinin əməkdaşının elmi məqaləsi Almaniyada işıq üzü görüb

Naxçıvan, 24 fevral, AZƏRTAC
AMEA Naxçıvan Bölməsinin Təhsil və kadrlar şöbəsinin baş mütəxəssisi, filologiya üzrə fəlsəfə doktoru Leyla Səfərova “Söz düzəltmə yolu ilə qayıdışlığın ifadəsi” adlı ingilis dilində məqaləsi Avropa Elmlər və Tədqiqat Akademiyasının XI Beynəlxalq konfransı materiallarının “Humanitar, ədəbiyyat və incəsənət” bölməsində çap edilib.
Bölmənin İctimaiyyətlə əlaqələr və informasiya şöbəsindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, konfrans ötən ilin sonlarında Almaniyanın Bonn şəhərində keçirilib. Leyla Səfərova konfransda iştirak edib və sertifikat alıb.

Regionlar 2020-02-24 16:30:00