×
A
A
A
Sazlamalar

“Aqrar Tədqiqatçıların Müzakirə Platforması”nın növbəti seminarı keçiriləcək

Bakı, 24 fevral, AZƏRTAC

Fevralın 28-də Aqrar Tədqiqatlar Mərkəzinin “Aqrar Tədqiqatçıların Müzakirə Platforması”nın (ATM Platforması) növbəti təqdimatı olacaq.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildirilib ki, “Aqrar sahədə texniki-iqtisadi əsaslandırmaların və investisiya layihələrinin hazırlanması” adlı seminar Mərkəzin gənc tədqiqatçısı, Analitika departamentinin İnvestisiya layihələrinin təhlili və qiymətləndirilməsi bölməsinin aparıcı mütəxəssisi Aqşin Quliyevin moderatorluğu ilə keçiriləcək.
Təqdimatda kənd təsərrüfatının müxtəlif sahələri üzrə tələb olunan kapital qoyuluşunun və dövriyyə vəsaitinin həcminin müəyyənləşdirilməsi, həmçinin konkret nümunə əsasında investisiya layihəsinin gözlənilən maliyyə nəticələrinin təhlili və hesablanması ilə bağlı məlumat veriləcək.
Universitetlərin, tədqiqat mərkəzlərinin, dövlət qurumlarının və şirkətlərin gənc əməkdaşları ATM Platformasında iştiraka dəvət olunurlar.
Seminar Aqrar Tədqiqatlar Mərkəzinin ofisində (Bakı şəhəri, Nizami küçəsi, 92) 2020-ci il fevralın 28-də saat 16.00-da keçiriləcək.

Kənd təsərrüfatı 2020-02-24 16:20:00