×
A
A
A
Sazlamalar

“Qolden Steyt”in müdafiəçisi Kley Tompson mövsümün sonunadək meydana çıxa bilməyəcək

Bakı, 24 fevral, AZƏRTAC

“Qolden Steyt” basketbol klubunun hücumameyilli müdafiəçisi Kley Tompson zədə səbəbindən mövsümün sonunadək meydana çıxa bilməyəcək.
AZƏRTAC xəbər verir ki, məlumatı Kaliforniya klubunun baş məşqçisi Stiv Kerr də təsdiqləyib.
Onun sözlərinə görə, Kleyin müntəzəm çempionatın qalan hissəsində komandaya kömək etmək imkanı sıfıra bərabərdir. Amma təcrübəli mütəxəssis Tompsonun bərpa kursunun uğurla keçdiyini söyləyib. Buna baxmayaraq, Kerr 30 yaşlı basketbolçunun “Tokio-2020” Yay Olimpiya Oyunlarında ABŞ millisinə dəvət olunacağını istisna etməyib.

İdman 2020-02-24 16:18:00