×
A
A
A
Sazlamalar

Muzeydə Seyid Yəhya Bakuviyə məxsus silsilənaməni əks etdirən rəsm əsəri

Bakı, 24 fevral, AZƏRTAC
AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Təsviri materiallar fondunda XV əsrin sufi mütəfəkkiri Seyid Yəhya Bakuviyə məxsus xəlvətilik təriqəti silsilənaməsini əks etdirən rəsm əsəri qorunur.
Muzeydən AZƏRTAC-a bildiriblər ki, silsilənamə IV xəlifə Əli vasitəsilə Məhəmməd peyğəmbərə bağlanır. Azərbaycan təsəvvüf tarixinin görkəmli nümayəndələrindən biri olan Seyid Yəhya Bakuvi “Şəfa əl-əsrar” və s. əsərlərin müəllifidir. “Şəfa əl-əsrar” əsəri 2010-cu ildə muzeyin əməkdaşı, tarix üzrə fəlsəfə doktoru Əli Fərhadovun iştirakı ilə müasir Azərbaycan dilinə tərcümə olunub çap edilib.

Elm və təhsil 2020-02-24 15:54:00