×
A
A
A
Sazlamalar

Keçən il Tovuz rayonunda büdcə gəlirləri proqnozdan 3 milyon 950 min manat artıq olub

Tovuz, 24 fevral, Rauf Hacıyev, AZƏRTAC

Ötən ili uğurlu iqtisadi göstəricilərlə başa vuran rayonlardan biri də Tovuz olub.
Tovuz Rayon İcra Hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, keçən il rayon iqtisadiyyatının əsas sahələrində istehsal olunmuş məhsul və xidmətlərin ümumi həcmi əvvəlki ilə nisbətən müqayisəli qiymətlərlə 11,6 faiz artaraq 482 milyon 246 min manat təşkil edib.
Bunun 66 faizi istehsal, 34 faizi isə xidmət sahələrinin payına düşür. Əvvəlki illə müqayisədə sənayedə 6,7 faiz, kənd təsərrüfatında 10 faiz, tikintidə 37,6 faiz, nəqliyyatda 26,6 faiz, rabitədə 13,3 faiz, ticarətdə 2,9 faiz artım olub. 2019-cu ilin yanvar-dekabr aylarında sənaye xarakterli xidmətlərin həcmi 16 milyon 880 min manat təşkil edib və əvvəlki illə müqayisədə 6,7 faiz çoxalıb. Hesabat dövründə büdcə gəlirləri 10 milyon 338 min manat proqnoza qarşı 14 milyon 288 min manat olub.

Regionlar 2020-02-24 15:22:00