×
A
A
A
Sazlamalar

Fəlsəfə İnstitutunda “İnsan zəkasının təkamülü və süni intellekt problemi” mövzusunda məruzə dinlənilib

Bakı, 24 fevral, AZƏRTAC

Bu gün AMEA-nın Fəlsəfə İnstitutunda süni intellektə həsr olunmuş seminar keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, seminarda İnformasiya cəmiyyətinin fəlsəfi problemləri şöbəsinin əməkdaşı, fəlsəfə üzrə fəlsəfə doktoru Məhəmməd Cəbrayılov “İnsan zəkasının təkamülü və süni intellekt problemi” mövzusunda məruzə ilə çıxış edib. O, çıxışında insan zəkasının təkamül özəlliklərindən, insan zəkası ilə süni intellektin fərqli və oxşar cəhətlərindən danışıb, indiki insanlarla qədim insanlar arasında müqayisə apararaq zəkaların yaranması məsələlərinə toxunub. Məruzəçi, həmçinin telepatiya, süni zəka ilə bağlı suallara aydınlıq gətirib.
Fəlsəfə İnstitutunun direktoru, professor İlham Məmmədzadə çıxış edərək süni intellektlə bağlı alimlər arasında hələ ki, ciddi fikir ayrılığı olduğunu bildirib. Süni intellektin gələcəkdə insan zəkasının alternativi kimi formalaşması məsələsinə toxunan İ.Məmmədzadə bu məsələnin təsdiqinin sual doğurduğunu qeyd edib.

Elm və təhsil 2020-02-24 15:11:00