×
A
A
A
Sazlamalar

Elvin Məmişzadə qadınlardan ibarət boks üzrə Azərbaycan millisinin böyük məşqçisi təyin edilib

Bakı, 24 fevral, AZƏRTAC

Qadınlardan ibarət boks üzrə Azərbaycan millisində yeni məşqçi təyinatı rəsmiləşib.
Azərbaycan Boks Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, 29 yaşlı Elvin Məmişzadəyə yığmamızın böyük məşqçisi vəzifəsi həvalə edilib.
E.Məmişzadə baş məşqçi Elbrus Rzayevin əsas köməkçisi funksiyasını yerinə yetirəcək. Artıq o, Olimpiya təsnifat turnirləri üçün hazırlaşan komandamızın düşərgəsinə qoşulub.
Qeyd edək ki, E.Rzayevin yetirməsi olan E.Məmişzadə 2015-ci ildə Bakıda keçirilən birinci Avropa Oyunlarının və Dohada təşkil olunan dünya çempionatının qalibi olub. Onun medal kolleksiyasında Avropa çempionatının gümüş (2010-cu il, Moskva) və bürünc (2013-cü il, Minsk) mükafatları da var.

İdman 2020-02-24 15:01:00