×
A
A
A
Sazlamalar

ADA Universitetinin təhsil şərtləri Qazaxıstan məktəblilərinin diqqətini cəlb edib VİDEO

Nur-Sultan, 24 fevral, AZƏRTAC

ADA Universiteti Nur-Sultanda keçirilən beynəlxalq təhsil sərgisində təmsil olunub. Sərgiyə gələn məktəblilər və onların valideynləri ADA Universiteti haqqında fikirlərini AZƏRTAC-ın müxbiri ilə bölüşüblər.
Valideyn Yelena Kimilbayeva: Övladım daha çox texniki ixtisaslara maraq göstərir. ADA Universitetinin təklif etdiyi proqramlara baxdım. Burada kompüter mühəndisliyi, informasiya texnologiyaları və kompüter elmləri ixtisasları var. Hətta dövlət və universitet tərəfindən istedadlı tələbələrə təqaüd təklif olunur. Qəbul qaydalarını və təhsil şərtlərini bəyəndik. Bizə qəbuldan öncə videokonfrans vasitəsilə müsahibə və onlayn test də keçirə biləcəklərini dedilər.
X sinif şagirdi  Bağdad KimilbayevBakı çox gözəl və mədəni şəhərdir. Orada artıq dostlarım var və şəhər haqqında çox eşitmişəm. ADA-nın təqaüd proqramları diqqətimi cəlb etdi. Ona görə də bu universitetə qəbul olmaq istəyirəm.
Amina Uteqenova: ADA Universitetində maraqlı ixtisaslar tədris olunur. Biznesi də öyrənmək mümkündür. Sizin ölkəniz haqqında çox eşitmişəm. Özüm idmanla da məşğulam. Azərbaycanda idmana marağın böyük olduğunu bilirəm. İnanıram ki, məktəbi bitirdikdən sonra ADA tələbəsi olmaq imkanı qazanaram.
XI sinif şagirdi Zeynulla Arujan: Sənədlərimi bu universitetə verəcəyəm. Biznesin idarə olunması ixtisası məni maraqlandırdı. Marketinqi sevirəm. Eşitmişəm ki, Bakı kurort şəhəridir. Ona görə də orada təhsil almaq istəyərdim.
X sinif şagirdi Dina Bolatova: ADA Universitetinin şərtləri diqqətimi cəlb etdi. Eşidəndə ki, bu universitet Azərbaycanda yerləşir, daha çox sevindim. Çünki qohumlarımdan Bakı haqqında eşitmişəm. Anketləri doldurduq. Daha ətraflı məlumat almaq üçün universitetin internet səhifəsinə baxmaq və müraciət etmək istəyirəm.
İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Nur-Sultan

Elm və təhsil 2020-02-24 15:02:00

Video