Paracüdoçularımız Tbilisidə dünya kuboku yarışlarında uğurla çıxış ediblər
Bakı, 24 fevral, AZƏRTAC
Azərbaycan Milli Paralimpiya Komitəsinin (AMPK) kişilərdən ibarət cüdo komandası Tbilisidə keçirilən dünya kuboku yarışlarında uğurla çıxış edib.
AMPK-dan AZƏRTAC-a bildiriblər ki, 15 ölkədən idmançıların iştirak etdiyi yarışda millimiz 1 qızıl, 1 gümüş və 2 bürünc medal qazanıb.
Qızıl medalı ölkəmizin aktivinə Hüseyn Rəhimli (81 kq) yazdırıb. Rövşən Səfərov (90 kq) gümüş, Murad Əliyev (60 kq) və Namiq Abbaslı (66 kq) isə bürünc medala sahib olublar.
İddiaçılar Turniri: Nicat Abasov Hindistan təmsilçisi ilə üz-üzə gələcək
Azərbaycanın iki gimnastı Dünya Kubokunda finala yüksəlib
Çempionlar Liqası: “Bavariya” və “Real Madrid” yarımfinalda qarşılaşacaq