×
A
A
A
Sazlamalar

Gəncədə keçirilən iməcilikdə mindən çox ağac əkilib

Gəncə, 24 fevral, Rauf Hacıyev, AZƏRTAC

Gəncə şəhər Heydər Əliyev və Nizami prospektlərində, habelə Hava Limanına gedən yolun kənarlarında iməcilik aksiyası keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, iməcilikdə Gəncə şəhərində fəaliyyət göstərən idarə, müəssisə, təşkilat işçiləri, o cümlədən Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyinin kollektivi yaxından iştirak ediblər.
Aksiya zamanı mindən çox ağac, 5 mindən çox gül kolu əkilib, 15 min kvadratmetr əraziyə isə qazon səpilib.
Bununla yanaşı, ərazilər alaq otlarından təmizlənib, ot örtüyü biçilərək sahmana salınıb. Daş və digər tullantılar, küləyin gətirdiyi kağız parçaları toplanıb. Bundan başqa, əkilən yeni yaşıllıqlara aqrotexniki qulluq göstərilib. Ağacların dibləri bellənib, suvarılıb, qurumuş budaqlar budanıb.
Qeyd edək ki, iməcilik aksiyası 2 gün davam edib. Bu cür iməciliklərin mütəmadi olaraq keçirilməsi nəzərdə tutulur.

Regionlar 2020-02-24 13:24:00