×
A
A
A
Sazlamalar

Sabirabadda yeni quşçuluq fabriki fəaliyyətə başlayıb

Sabirabad, 24 fevral, Mahir Babayev, AZƏRTAC
Sabirabadda yeni quşçuluq fabriki - “Sabirabad Quşçuluq” MMC fəaliyyətə başlayıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, quşçuluq fabriki rayonun Nizami kəndi ərazisində tikilib. İldə 75 milyon ədəd yumurta, 600 ton quş əti istehsal edəcək fabrikdə 150 nəfər daimi işlə təmin olunacaq. Həmin ərazidə daha bir kompleksin “Muğan Quşçuluq” MMC-nin tikintisi də başa çatdırılıb.

Regionlar 2020-02-24 13:12:00