×
A
A
A
Sazlamalar

Oğurluq etmək üçün evə girsələr də, sonradan peşman oldular VİDEO

Quba, 24 fevral, Elxan Yusifli, AZƏRTAC 

Qubada oğurluq etmək istəyən iki yeniyetmə saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, Quba rayon sakini İskəndər Hacıyev (RPŞ) fevralın 19-da Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək, naməlum şəxslərin Qələdüz kəndində yerləşən bağ evinə oğurluq məqsədi ilə daxil olduqları barədə məlumat verib. Məlumatla əlaqədar polis əməkdaşları hadisə yerində olublar. Araşdırmalar nəticəsində evə gizlin daxil olan şəxslər tərəfindən heç bir əşya və ya pul oğurlanmadığı aydınlaşıb.
Əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd olunan cinayət əməlinin rayonun Dağlı kənd sakini olan iki yeniyetmə tərəfindən törədildiyi məlum olub. Həmin yeniyetmələr saxlanılaraq polis şöbəsinə gətiriliblər.
Dindirilmə zamanı onlar evə oğurluq niyyəti ilə girdiklərini və tutduqları əməldən peşman olduqlarını bildiriblər.
Faktla əlaqədar Quba RPŞ-nin İstintaq Bölməsində cinayət işləri açılıb, araşdırmalar davam etdirilir.

Regionlar 2020-02-24 10:43:00

Video