×
A
A
A
Sazlamalar

2020-ci il fevralın 9-da keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 20 fevral 2020-ci il tarixli 339 saylı müraciətə baxılması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2020-ci il fevralın 9-da keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə (Milli Məclis) seçkilərdə 54 saylı Şabran – Siyəzən seçki dairəsi üzrə qeydə alınmış namizəd Xəlilov İlkin Fikrət oğlu 2020-ci il fevralın 20-də Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (Mərkəzi Seçki Komissiyası) yazılı müraciət edərək həmin seçki dairəsi dairə seçki komissiyasının hərəkətini mübahisələndirmiş və müvafiq tədbir görülməsini xahiş etmişdir.

Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin (Seçki Məcəlləsi) 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”a uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü tərəfindən araşdırılmış, rəy verilmiş və Komissiyanın iclasında baxılmışdır.
Namizəd İ.F.Xəlilov müraciətində iddia etmişdir ki, 54 saylı Şabran – Siyəzən seçki dairəsi dairə seçki komissiyasına daxil olmuş aktlar qanunvericiliyin tələblərinə uyğun olaraq araşdırılmamış, bununla da onun hüquqları pozulmuşdur.
Araşdırma prosesində ərizəçi ilə əlaqə saxlanılmış, araşdırma və iclasda iştirak etmək, həmçinin digər hüquqlarının olması izah edilmişdir. O, araşdırmada iştirak etsə də, Komissiyanın iclasına gəlməmişdir.
Araşdırma ilə müəyyən edilmişdir ki, İ.F.Xəlilov 2020-ci il fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərdən sonra fevralın 12-də Mərkəzi Seçki Komissiyasına 28 ədəd məlumat xarakterli müşahidəçi aktı və 1 ədəd elektron məlumat daşıyıcısı təqdim etmişdir. Həmin aktlar 16 fevral 2020-ci ildə aidiyyəti üzrə 54 saylı Şabran – Siyəzən seçki dairəsinin dairə seçki komissiyasına göndərilmişdir. Sözü gedən aktlar Seçki Məcəlləsinin tələblərinə uyğun qaydada təqdim olunmadığından, dairə seçki komissiyası namizədə şikayətin verilməsinə dair seçki qanunvericiliyinin tələblərini ətraflı izah edən 18 fevral 2020-ci il tarixli 53 nömrəli məktubla cavab vermişdir.
Göstərilənlərə əsasən dairə seçki komissiyasının hərəkətində Seçki Məcəlləsinin tələbinin pozulması halları öz təsdiqini tapmadığından namizəd İ.F.Xəlilovun müraciəti əsassız hesab edilərək təmin olunmamalıdır.
Yuxarıda göstərilənləri əsas götürərək, Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 1-ci, 2-ci, 4-cü, 6-cı və 7-ci hissələrinə əsasən qərara alır:

1. 2020-ci il fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərdə 54 saylı Şabran – Siyəzən seçki dairəsi üzrə qeydə alınmış namizəd Xəlilov İlkin Fikrət oğlunun Mərkəzi Seçki Komissiyasına daxil olmuş 20 fevral 2020-ci il tarixli 339 saylı müraciəti əsassız olduğundan təmin edilməsin.
2. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

Sədr      Məzahir Pənahov


Katib     Arifə Muxtarova

Katib     Mikayıl Rəhimov

“Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin kollegiyasının tərkibi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 16 yanvar tarixli 8 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində Beynəlxalq əlaqələr, informasiya və mətbuat xidməti departamentinin yaradılması haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 25 yanvar tarixli 9 nömrəli Qərarının ləğv edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 26 fevral tarixli 54 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos)” publik hüquqi şəxsin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış fərdi yaşayış və bağ evləri haqqında” 4-yaşayış evi №-li rüblük rəsmi statistika hesabatı forması və onun doldurulmasına dair göstərişin təsdiq edilməsi və “Əhalinin vəsaiti hesabına tikilmiş yaşayış evlərinin və qeyri-yaşayış sahələrinin istismara verilməsi haqqında” 1-YET (əhali) №-li rüblük rəsmi statistika hesabatı forması və onun doldurulmasına dair göstəriş haqqında” Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 2014-cü il 28 yanvar tarixli 10/14 nömrəli qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin Qərarı

Azərbaycan Respublikasının 2023-cü il 11 aprel tarixli 858-VIQ nömrəli Qanununun qəbul edilməsi ilə əlaqədar normativ hüquqi aktların kolliziyasının aradan qaldırılması məqsədilə Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin Qərarı

Qərarlar 2020-02-24 07:10:00