×
A
A
A
Sazlamalar

Macarıstanda Azərbaycan Kinosu Günləri başa çatıb

Budapeşt, 24 fevral, AZƏRTAC
Macarıstanda Azərbaycan Kinosu Günlərinə yekun vurulub.
Macarıstanın paytaxtındakı məşhur "Urania" kinoteatrında təşkil olunan kino günləri Azərbaycan Mədəniyyət Nazirliyinin təşkilatçılığı, ölkəmizin Macarıstandakı səfirliyinin dəstəyi ilə keçirilib.
Azərbaycan filmləri Budapeştlə yanaşı, Peç və Seqed şəhərlərində də nümayiş etdirilib. Hər üç şəhərdə keçirilən kino nümayişləri çoxsaylı tamaşaçı tərəfindən izlənilib.

 

Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Budapeşt

Mədəniyyət 2020-02-24 03:19:00