×
A
A
A
Sazlamalar

İrandakı ikinci zəlzələ Türkiyənin Van bölgəsində təşviş yaradıb

Ankara, 23 fevral, AZƏRTAC

Bu gün episentri İranda olan ikinci zəlzələ Türkiyənin Van bölgəsində böyük təşviş yaradıb. Təhlükəsizlik qüvvələri əhaliyə xəbərdarlıq ediblər ki, mümkün olduqca evlərində qalmasınlar.
AZƏRTAC xəbər verir ki, Türkiyənin Daxili İşlər naziri Süleyman Soylu ikinci zəlzələ nəticəsində insan tələfatı olmağı barədə açıqlama verib. Səhər baş verən dağıdıcı və tələfatla nəticələnən zəlzələdən zərər çəkən insanlar şaxtalı havada böyük çətinliklə üz-üzə qalıblar.
Qeyd edək ki, fevralın 23-ü səhər saatlarında episentri İran ərazində olan 5.9 bal gücündə zəlzələ, Van vilayətinin Başqala rayonunda ciddi dağıntıya səbəb olub. Ölənlərin sayı 9-a çatıb. Dağıntılar altından çıxarılan təxminən əlliyə yaxın insandan doqquzunun vəziyyəti ağırdır.
Ümumilikdə Vanın dörd dağ kəndini əhatə edən zəlzələ acı izlər buraxıb. Nebahat Fırat adlı qadın səhər saatları paltar sərmək üçün həyətə çıxıb. Bu zaman baş verən yeraltı təkan onun ailəsini məhv edib. Dağıntılar altından qadının əri və üç uşağının cəsədi çıxarılıb.

 

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri
Ankara

Dünya 2020-02-23 22:45:00