×
A
A
A
Sazlamalar

Türkiyəli alim: Xocalı soyqırımının tanıdılması Dağlıq Qarabağ problemini ədalətli həllinin bünövrəsidir

Ankara, 23 fevral, AZƏRTAC

Xocalı soyqırımı insanlıq əleyhinə cinayətdir. Bu bəşəri cinayət insan haqlarının təməl prinsiplərinə təhdiddir, müasir dünyanın gözü qarşısında törədilən soyqırımı aktıdır.
Türkiyənin Orta Doğu Teknik Universitetinin dosenti, siyasi elmlər doktoru Ayça Ergun bu fikirləri AZƏRTAC-a açıqlamasında ifadə edib.
“Xocalıya ədalət!” beynəlxalq məlumatlandırma kampaniyasını yüksək dəyərləndirən alim deyib: “Xocalıya ədalət tələb etmək Qarabağ üçün ədalət deməkdir. Xocalı soyqırımı keçmiş sovetlər birliyinin süqutundan sonra Azərbaycanın ərazi bütövlüyünə, dövlətçiliyinə və milli inkişafına qarşı bir təhdiddir. Xocalıda törədilənlər, sadəcə, hərbi cinayət kimi dəyərləndirilə bilməz. Bu bəşəri cinayət Azərbaycan xalqına, insanlığa qarşı məqsədli və planlı surətdə törədilən soyqırımıdır. Ona görə də Xocalı faciəsi ilə bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətə daha geniş çatdırılması mühüm və təxirəsalınmaz məsələdir. “Xocalıya ədalət!” Qarabağ probleminin Azərbaycanın ərazi bütövlüyü və hüquqlarının qorunması şərti ilə həll olunmasında vacib bir fəaliyyətdir. Azərbaycan Qarabağsız təsəvvür edilə bilməz. Xocalı soyqırımının tanıdılması Dağlıq Qarabağ problemini ədalətli həllinin bünövrəsidir”.

 

Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara

Xocalı faciəsi 2020-02-23 23:11:00