×
A
A
A
Sazlamalar

Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar Londonda yürüş keçirilib

London, 23 fevral, AZƏRTAC

Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar Londonda yürüş keçirilib.
AZƏRTAC xəbər verir ki, bir neçə saat davam edən yürüşdə Britaniyanın müxtəlif universitetlərindən azərbaycanlı və xarici tələbələrlə yanaşı, çoxsaylı insan iştirak edib.
Mitinq iştirakçıları Xocalı hadisələri zamanı erməni faşistlərinin dinc sakinləri amansız işgəncələrlə qətlə yetirmələri, faciənin günahkarlarının cəzalandırılması, habelə bu soyqırıma beynəlxalq səviyyədə obyektiv siyasi-hüquqi qiymət verilməsi barədə çağırışlar edib, “Xocalıya ədalət!”, “Biz ədalət tələb edirik”, “Biz sülh istəyirik”, “Qarabağ bizimdir, bizim olacaq” şüarları səsləndiriblər.
Trafalqar meydanında başlayan yürüş Britaniya parlamenti binasının qarşısında mitinqlə davam edib.
Aksiya Azərbaycanın dövlət himninin oxunması ilə başa çatıb.

 

Aynurə Tağıyeva
AZƏRTAC-ın xüsusi müxbiri
London

Xocalı faciəsi 2020-02-23 22:01:00