×
A
A
A
Sazlamalar

Astara sərhəd-buraxılış məntəqəsi gücləndirilmiş iş rejimində işləyir

Astara, 23 fevral, Bağır Əliyev, AZƏRTAC

İran İslam Respublikasında yeni koronavirusa yoluxma və ölüm hallarının aşkarlanması ilə əlaqədar Astara sərhəd-buraxılış məntəqəsi gücləndirilmiş iş rejimində işləyir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, sərhəd-buraxılış məntəqəsinin ərazisindəki gömrük postunda vaxtaşırı havalandırma və dezinfeksiya işləri aparıldığından keçiddə qısa fasilələr yaranır.
Hazırda hər iki tərəfə - həm İrana, həm də Azərbaycana vətəndaşların keçidi 24 saat ərzində fasiləsiz davam edir.

 

Regionlar 2020-02-23 18:51:00