×
A
A
A
Sazlamalar

Sumqayıtda xəsarətlə nəticələnən yol qəzası baş verib

Sumqayıt, 23 fevral, AZƏRTAC

Sumqayıtda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Qəza ötən gecə şəhərin Sahil küçəsində qeydə alınıb.
AZƏRTAC xəbər verir ki, "VAZ 2110" markalı avtomobil "Opel" markalı minik maşını ilə toqquşub. İnsident nəticəsində "Lada"nın sürücüsü 1991-ci il təvəllüdlü İsmayıllı Cavid İsrail oğlu xəsarət alaraq Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.

Hadisə 2020-02-23 11:46:00