×
A
A
A
Sazlamalar

2020-ci il fevralın 9-da keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 19 fevral 2020-ci il tarixli 305 saylı müraciətə baxılması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2020-ci il fevralın 9-da keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə (Milli Məclis) seçkilərdə 17 saylı Yasamal üçüncü seçki dairəsi üzrə Vətəndaş və İnkişaf Partiyasının səlahiyyətli nümayəndəsi Əlyar Əliş oğlu Şirməmmədov 2020-ci il fevralın 19-da Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (Mərkəzi Seçki Komissiyası) yazılı müraciət edərək həmin seçki dairəsi dairə seçki komissiyasının 16 fevral 2020-ci il tarixli 12/36 saylı qərarını mübahisələndirmiş, həmin qərarın ləğvini və seçki dairəsi üzrə səsvermənin nəticələrinin etibarsız hesab edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

Şikayət Azərbaycan Respublikası Seçki Məcəlləsinin (Seçki Məcəlləsi) 112-ci, 112-1-ci maddə¬lə¬rinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”a uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində yaradılmış ekspert qrupunun üzvü tərəfindən icraata qəbul edilmiş, araşdırılaraq bu barədə rəy verilmiş və Komissiyanın iclasında baxılmışdır.
Müraciətdə səsvermə günü 17 saylı Yasamal üçüncü seçki dairəsinin 27 saylı seçki məntəqəsi istisna olmaqla, digər seçki məntəqələrində müşahidə aparılması üçün normal şəraitin yaradılmaması, məntəqə seçki komissiyasının üzvləri tərəfindən müşahidə prosesinə maneçilik törədilməsi, səsvermə başlamazdan əvvəl seçki bülletenlərinin masanın üzərinə qoyulmaması, səlahiyyəti olmayan şəxslərin seçki məntəqəsinə daxil olması, məntəqənin dislokasiyasına aid olmayan şəxslərin səsve¬rmədə iştirak etməsi və digər qanun pozuntularına yol verildiyini iddia edərək bu pozun¬tuların araşdırılmasını, adları qeyd edilən məntəqələr üzrə səsvermənin nəticələrinin ləğvini və seçki dairəsi üzrə səsvermənin nəticələrinin etibarsız hesab edilməsini xahiş etmişdir. Müraciətə səsvermə günü müxtəlif seçki məntəqələrində tərtib edilməsi iddia edilən aktlar və bir ədəd elektron məlumat daşıyıcısı əlavə edilmişdir.
Yuxarıda qeyd olunanlarla əlaqədar səlahiyyətli nümayəndə Ə.Ə.Şirməmmədov qanunla nəzərdə tutulmuş müddətdə 17 saylı Yasamal üçüncü seçki dairəsinin dairə seçki komissiyasına müraciət etmiş, komissiya tərəfindən şikayəti araşdırılmış, həmin dairə seçki komissiya¬sının yuxarıda gostərilən qərarı ilə onun müraciəti əsassız hesab edilərək təmin olunmamışdır.
Dairə seçki komissiyası qərarını onunla əsaslandırmışdır ki, müraciətdə qeyd edilən seçki məntəqələrində baş verməsi ehtimal olunan qanun pozuntuları ilə bağlı iddialar öz təsdiqini tapmadığından və səsvermənin keçirilməsi və ya səsvermənin nəticələrinin hesablanması zamanı həmin seçki məntəqələri üzrə seçicilərin iradəsini müəyyənləşdirməyə imkan verməyən qanun pozuntuları müəyyən edilmədiyindən Ə.Ə.Şirməmmədovun müraciəti əsassız hesab edilərək təmin olunmamalıdır.
Araşdırma ilə əlaqədar səlahiyyətli nümayəndə Ə.Ə.Şirməmmədovla əlaqə saxla¬nılmış, araşdırmada və iclasda iştirak etmək və digər hüquqları ona izah edilmiş, araşdırmada və Mərkəzi Seçki Komissiya¬sının iclasında iştirakı təmin edilmişdir.
Səsvermə günü həmin seçki dairəsinin seçki məntəqələri üzrə sosial şəbəkələrdə olan məlumatlar, məntəqə seçki komissiyalarının seçkilərin yekununa dair protokol məlumatları və şikayətçi tərəfindən araşdırmaya təqdim olunmuş sənədlər və videomateriallar, həmçinin dairə seçki komissiyasının mübahisələndirilən qərarı və digər sənədlər ətraflı tədqiq edilmişdir.
Təqdim olunmuş 1 ədəd elektron məlumat daşıyıcısına baxış keçirilərkən müəyyən edilmişdir ki, bu yaddaş qurğusunda 17 saylı Yasamal üçüncü seçki dairəsinin müxtəlif seçki məntəqələrindən görüntülər qeydə alınmışdır. Araşdırma zamanı digər namizədlərdən, müxtəlif siyasi partiyaları və namizədləri təmsil edən müşahidəçilərdən və adıçəkilən məntəqə seçki komissiyalarının üzvlərindən alınmış izahatlardan səsvermə günü göstərilən seçki məntəqələrində baş verməsi iddia edilən qanun pozuntularının təsdiqini tapmaması, seçicilərin sərbəst şəkildə səs verərək öz iradələrini ifadə etmələri, məntəqə seçki komissiyalarının səsvermənin nəticələrinə dair yekun protokollarının Seçki Məcəlləsinin tələblərinə uyğun tərtib olunaraq maraqlı seçki subyektlərinə verilməsi, bununla da dairə seçki komissiyasının düzgün nəticəyə gəlməsi müəyyən edilmişdir.
Araşdırma ilə həmçinin sosial şəbəkələrdə həmin seçki dairəsinin seçki məntəqələri ilə əlaqədar yayımlanan görüntülər və digər videomateriallar nəzərdən keçirilərkən mübahisələndirilən seçki məntəqələrində səsvermə prosesində bu və ya digər şəkildə seçkilərin nəticəsinə təsir edə biləcək qanun pozuntuları aşkar edilməmişdir. Buna görə də seçki qanunvericiliyinin tələblərinə görə həmin seçki məntəqələrində səsvermənin nəticələrinin etibarsız hesab edilməsi üçün hüquqi əsaslar yaranmamışdır.
Aparılmış araşdırma ilə belə nəticəyə gəlmək olar ki, 17 saylı Yasamal üçüncü seçki dairəsi üzrə səlahiyyətli nümayəndə Ə.Ə.Şirməmmədovun müraciəti əsassız olduğundan təmin edilməməlidir.
Yuxarıda göstərilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 1-ci, 2-ci, 4-cü, 6-cı və 7-ci hissələrinə əsasən qərara alır:

1. 2020-ci il fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərdə Vətəndaş və İnkişaf Partiyasının səlahiyyətli nümayəndəsi Ə.Ə.Şirməmmədovun 19 fevral 2020-ci il tarixli 305 saylı müraciəti əsassız olduğundan təmin edilməsin.
2. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

Sədr     Məzahir Pənahov


Katib     Arifə Muxtarova

Katib     Mikayıl Rəhimov

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 1 may tarixli 118 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron hökumət” portalına qoşulmalı olan informasiya sistemlərinin və ehtiyatlarının Siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Ətrafında 200 metr radius çərçivəsində yığıncaqların, mitinqlərin, nümayişlərin və küçə yürüşlərinin keçirilməsi qadağan edilə bilən mərkəzi, rayon və şəhər icra hakimiyyəti orqanlarının yerləşdiyi binaların siyahısı”nın təsdiq edilməsi haqqında” 2008-ci il 27 sentyabr tarixli 234 nömrəli, “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”nın təsdiq edilməsi barədə” 2013-cü il 14 oktyabr tarixli 305 nömrəli və “Korrespondensiyaların və digər göndərişlərin qəbulu, qablaşdırılması, mühafizəsi və çatdırılması Qaydası”nın təsdiq edilməsi haqqında” 2019-cu il 12 fevral tarixli 47 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 15 sentyabr tarixli 350 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının dövlət orqanları, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər, dövlət adından yaradılan publik hüquqi şəxslər və komissiyalar üçün müəyyən edilmiş vahid indekslərin Siyahısı”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “İnzibati orqanların Təsnifatı”nın təsdiq edilməsi haqqında” 2007-ci il 28 avqust tarixli 136 nömrəli və “Dövlət orqanlarının aparatının (və ya onların fəaliyyətini təmin edən qurumların) və onun bölmələrinin adlarının təsdiq edilməsi barədə” 2008-ci il 19 dekabr tarixli 277 nömrəli qərarlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Texniki Universitetinin yenidən təşkili və Nizamnaməsinin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Qərarlar 2020-02-23 05:26:00