Türkiyədə Xocalı soyqırımı ilə bağlı rəsm sərgisi təşkil olunacaq
Ankara, 23 fevral, AZƏRTAC
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq məlumatlandırma kampaniyası çərçivəsində Türkiyədə “Qara qatar səslənir, Qarabağda talan var, Xocalıda soyqırımı!” adlı hərəkətdə olan rəsm sərgisi təşkil olunacaq.
AZƏRTAC xəbər verir ki, Ankara-Qars sərnişin qatarına Xocalı soyqırımının dəhşətlərini əks etdirən rəsm əsərlərindən ibarət sərgi qurulan əlavə vaqon qoşulacaq. Belə bir sərgi ilk dəfə olaraq Azərbaycanın Türkiyədəki səfirliyi, Ankarada fəaliyyət göstərən Qazi Universiteti, Türkiyə Dövlət Dəmir Yollarının birgə layihəsi əsasında keçiriləcək.
Fevralın 26-da sərgi Ankara dəmir yolu stansiyasında nümayiş olunacaq. Ertəsi gün qatarın rəsmi yolasalma mərasimi keçiriləcək. Sərgi qatarın keçəcəyi Kayseri, Ərzurum, Ərzincan və Sarıqamış dəmir yolu stansiyalarında da nümayiş olunacaq.
Sərginin olacağı vaqon martın 4-də Qars şəhərinə çatacaq.
Qars dəmir yolu stansiyasında da sərgilənəcək əsərlər Qazi Universitetinin tələbələrinə məxsusdur.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
Xocalı soyqırımı şahidinin xatirələri holland dilində dərc olunub
Xocalı soyqırımının 32-ci ildönümü ilə bağlı ümumukrayna onlayn konfransı keçirilib
Dmitri Savelyev: Xocalı hadisələrinə soyqırımından başqa ad vermək çətindir
Xocalı faciəsi ilə əlaqədar Sloveniyanın paytaxtında maarifləndirmə aksiyası keçirilib
Parisdə “İşgəncələr məbədi - Şuşa həbsxanası” sənədli filmi nümayiş olunub VİDEO