×
A
A
A
Sazlamalar

Azərbaycan taekvondoçuları İsveçdə beynəlxalq yarışda 6 qızıl, 2 gümüş və 1 bürünc medal qazanıblar

Bakı, 23 fevral, AZƏRTAC
İsveç Krallığında taekvondo üzrə "Helsinqborq Open" beynəlxalq turniri keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın böyüklərdən ibarət taekvondo üzrə milli komandasının iştirak etdiyi Helsinqborq şəhərindəki yarış idmançılarımız üçün uğurlu alınıb. Yığma komandanın üzvləri 6 qızıl, 2 gümüş və 1 bürünc olmaqla, ümumilikdə 9 medala sahib olublar.
Patimat Abakarova (53 kq), Bəhruz Quluzadə (54 kq), Qaşım Maqomedov (58 kq), Cavad Ağayev (68 kq), Ayxan Tağızadə (74 kq) və Radik İsayev (87 kq yuxarı) yarışda fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
Fəridə Əzizova (67 kq) və Taleh Süleymanov (87 kq) həlledici döyüşdə məğlub olaraq gümüş, Ramin Əzizov (87 kq) isə bürünc medala layiq görülüblər.
Qeyd edək ki, millimiz yarışlara Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Niyaməddin Paşayev, eləcə də baş məşqçilər Reza Mehmandoust və Elnur Amanovun rəhbərliyi ilə qatılıb.

İdman 2020-02-23 01:40:00