×
A
A
A
Sazlamalar

Kriştiano Ronaldonun karyerasında 1000-ci oyununda vurduğu qol “Yuventus”a qələbə qazandırıb

Bakı, 23 fevral, AZƏRTAC
Fevralın 22-də İtaliya A Seriyasının 22-ci turun növbəti oyunu keçirilib.
AZƏRTAC xəbər verir ki, turnir cədvəlinin lideri “Yuventus” səfərdə autsayder SPAL klubunun qonağı olub.
Görüş 2:1 hesabı ilə “Yuventus” klubunun xeyrinə başa çatıb.
Turin təmsilçisinin heyətində Kriştiano Ronaldo və Aron Remzi fərqləniblər. SPAL-ın yeganə qolunu Andrea Petanya vurub.
Bu oyun “Yuventus” klubunun portuqaliyalı futbolçusu Kriştiano Ronaldonun karyerasında keçirdiyi 1000-ci oyunu olub.
Minimal hesabla qələbə “Yuventus”a A Seriyasında 50-ci xalını qazandırıb. “Qoca sinyora” ikinci pillədə qərarlaşan “Latsio”dan dörd xal irəlidədir.

İdman 2020-02-23 00:20:00