×
A
A
A
Sazlamalar

Gədəbəy rayonunun Arıqdam kəndində ev yanıb

Bakı, 22 fevral, AZƏRTAC 

Gədəbəy rayonunun Arıqdam kəndində ümumi sahəsi 390 kvadratmetr olan ikimərtəbəli evdə yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, hadisə nəticəsində evin ikinci mərtəbəsi və dam örtüyü 195 kvadratmetr sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə 2020-02-22 18:55:00