×
A
A
A
Sazlamalar

Xocalı soyqırımı qurbanlarının xatirəsi İstanbulda yad edilib

İstanbul, 22 fevral, AZƏRTAC

Fevralın 22-də İstanbulda Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar “Turan” Mədəniyyət Mərkəzində tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, mərasimdə əvvəlcə Türkiyənin və Azərbaycanın dövlət himnləri səsləndirilib, Xocalı qətliamı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edənlər erməni millətçilərinin keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının köməyi ilə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda törətdikləri qırğının acı nəticələrindən danışıblar. Bildirilib ki, ermənilərin 28 il əvvəl Xocalıda törətdikləri bu qətliam, amansızlıq və vəhşilik təkcə Azərbaycan xalqına deyil, bütün bəşəriyyətə qarşı yönəlmiş ən dəhşətli vandalizm aktıdır. Diqqətə çatdırılıb ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq, 70 qoca xüsusi amansızlıqla qətlə yetirilib.
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul

Xocalı faciəsi 2020-02-22 18:53:00