×
A
A
A
Sazlamalar

AZƏRTAC Macarıstan ictimaiyyətini Azərbaycan Kinosu Günləri barədə məlumatlandırıb

Budapeşt, 22 fevral, AZƏRTAC

Macarıstanda çıxan populyar ingilisdilli “Daily News Hungary” xəbər nəşrində AZƏRTAC-ın bir neçə gün əvvəl bu ölkədə açılmış Azərbaycan Kinosu Günləri barədə məlumatı dərc olunub (bax: https://dailynewshungary.com/the-days-of-azerbaijani-films-continue-in-budapests-urania-cinema/).
AZƏRTAC xəbər verir ki, materialda məşhur “Urania” kinoteatrında Azərbaycan Kinosu Günlərinin açılış mərasimindən və tamaşaçılara təqdim olunan filmlərdən bəhs edilir.
Xatırladaq ki, tədbir ölkəmizin Macarıstandakı səfirliyinin dəstəyi ilə Azərbaycan Mədəniyyət Nazirliyi tərəfindən təşkil olunub. Azərbaycan filmləri Budapeştlə yanaşı, Peç və Seqed şəhərlərində də nümayiş etdirilir.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Budapeşt

Mədəniyyət 2020-02-22 17:04:00