×
A
A
A
Sazlamalar

FHN-in Cənub Regional Mərkəzi mülki müdafiə kurslarının təşkilini davam etdirir

Bakı, 22 fevral, AZƏRTAC 

Fövqəladə Hallar Nazirliyinin (FHN) Cənub Regional Mərkəzində kəşfiyyat manqalarının komandirləri kateqoriyası üzrə mülki müdafiə kursları keçirilib.
FHN-dən AZƏRTAC-a bildiriblər ki, kurslarda dinləyicilərə əhalinin baş verə biləcək fövqəladə hadisələrdən mühafizə üsulları və davranış, fərdi və kollektiv mühafizə vasitələrindən istifadə qaydaları, idarəetmə orqanlarının fəaliyyəti və əhalinin mühafizəsi sahəsində rolu, zərərçəkmişlərə ilk tibbi yardımın göstərilməsi, həmçinin mülki müdafiə qüvvə və vasitələrinin idarə edilməsi üzrə bacarıqların təkmilləşdirilməsi mövzularında məşğələlər təşkil olunub. Habelə mülki müdafiə və fövqəladə hadisələrdən mühafizə sahəsində vəzifələrin yerinə yetirilməsi mövzuları tədris edilib.
Tədbirin sonunda kursları müvəffəqiyyətlə başa vurmuş dinləyicilərə müvafiq şəhadətnamələr təqdim olunub.

Sosial 2020-02-22 17:02:00