×
A
A
A
Sazlamalar

Füzuli Dövlət Dram Teatrında "Yaddaş" əsərinə ictimai baxış olub

Füzuli, 22 fevral, AZƏRTAC

Füzuli Dövlət Dram Teatrında 2020-ci ilin repertuarında olan Akif Həsənoğlunun "Yaddaş" əsərinə ictimai baxış olub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, teatrın baş rejissoru, Əməkdar artist Asif Şirinovun quruluşu əsasında hazırlanan tamaşanın quruluşçu rəssamı Ellinaz Balaşova, musiqi tərtibatçısı Sənan Sevindikzadədir. Tamaşada əsas rollarda Qaçay Qarayev, Sehran Xanlarov, İntizar Quliyeva, Sevinc Məmmədova, Gülnar Hüseynova, Əli Hüseynov və başqaları çıxış edib.
Xocalı soyqırımının 28-ci ildönümü münasibətitlə rayon ictimaiyyətinə təqdim edilən əsər tamaşaçılar tərəfindən maraqla qarşılanıb, onlarda Vətənə sevgi, düşmənə nifrət hissi aşılayıb.

Regionlar 2020-02-22 13:52:00