×
A
A
A
Sazlamalar

Quba sakinlərindən marixuana götürülüb VİDEO

Quba, 22 fevral, AZƏRTAC

Quba Rayon Polis Şöbəsinin əməkdaşları narkotik vasitələri qanunsuz olaraq saxlamaqda şübhəli bilinən iki rayon sakinini saxlayıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, RPŞ-nin Cinayət Axtarış Bölməsinin və Narkotiklərlə Mübarizə Qrupunun əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayon sakinləri, R.Haşımov və M.Dadaşov rayonun Dəvədabanı yaşayış massivi ərazisində saxlanılaraq Polis Şöbəsinə gətiriliblər. Onların üzərlərinə baxış keçirilən zaman R.Haşımovdan təmiz çəkisi 130 qram, M.Dadaşovdan isə 95 qram qurudulmuş marixuana aşkarlanaraq götürülüb.
Dindirilmə zaman hər iki şəxs narkotiklərin onlara məxsus olduğunu və qanunsuz olaraq saxladıqlarını etiraf ediblər.
Qeyd olunan faktlarla bağlı Quba RPŞ-də cinayət işi açılıb, araşdırmalar aparılır.

Regionlar 2020-02-22 13:40:00

Video