×
A
A
A
Sazlamalar

Paytaxtda daha bir ünvanda piyada təhlükəsizliyinin səviyyəsi artırılıb

Bakı, 22 fevral, AZƏRTAC

Daha bir ünvanda piyada təhlükəsizliyinin səviyyəsi artırılıb.
Bakı Nəqliyyat Agentliyindən AZƏRTAC-a bildirilib ki, çoxsaylı vətəndaş müraciətlərini nəzərə alaraq Bibiheybət yolu ilə Arif İsmayılov küçələrinin kəsişməsinin yaxınlığında nizamlanan piyada keçidi təşkil edilib. İşıqfor xüsusi sensorla təchiz edilib. Piyada sensorlu qurğuya toxunduqdan sonra işıqforu piyada keçidi rejiminə keçirə bilər. Bu kimi işıqforlar əsasən hərəkətin intensiv olduğu yollarda quraşdırılır. Belə ki, yolda piyada olmadığı halda işıqforun yalnız yaşıl işığı yanır ki, bu da hərəkətin fasiləsizliyinin təmin edilməsi baxımından vacib amildir.

Nəqliyyat 2020-02-22 13:16:00