×
A
A
A
Sazlamalar

Bakıda şanson gecəsi

Bakı, 22 fevral, AZƏRTAC

Heydər Əliyev Sarayında tanınmış şanson ifaçısı Cəlal Abbasovun “Şanson gecəsi” adlı konserti keçirilib.
AZƏRTAC xəbər verir ki, “Shanson Cover Band” qrupunun müşayiəti ilə baş tutan konsertdə tamaşaçılara şanson janrında mahnılardan ibarət yeni və fərqli proqram təqdim olunub.
Qeyd edək ki, Heydər Əliyev Sarayında artıq üçüncü solo konsert proqramı ilə çıxış edən Cəlal Abbasov bir sıra yerli və beynəlxalq estrada və mahnı müsabiqələrinin və festivallarının iştirakçısı və qalibidir.

Mədəniyyət 2020-02-22 12:42:00