×
A
A
A
Sazlamalar

Vergiödəyiciləri məlumatlandırılır

Bakı, 22 fevral, AZƏRTAC

Vergi Məcəlləsində edilmiş son dəyişikliklər barədə vergiödəyicilərinin maarifləndirilməsi məqsədilə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində 2020-ci ilin yanvar və fevral ayları ərzində 746 vergiödəyicisi ilə səkkiz görüş keçirilib.
Dövlət Vergi Xidmətindən AZƏRTAC-a bildirilib ki, görüşlərdə Baş İdarənin əməkdaşları Nicat Hacıbəyli, Sima Əhmədova, İlqar Paşayev və Akif Allahverdiyev sahibkarları maraqlandıran sualları cavablandırıblar.

Maliyyə 2020-02-22 11:51:00