×
A
A
A
Sazlamalar

Dəniz limanlarında 785,5 min ton yükləmə-boşaltma işləri həyata keçirilib

Bakı, 22 fevral, AZƏRTAC

Keçən ay dəniz limanlarında 785,5 min ton həcmində yükləmə-boşaltma işləri həyata keçirilib.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, yüklərin 761,1 min tonunu və ya 96,9 faizini tranzit yüklər təşkil edib. Fevralın 1-i vəziyyətinə limanlarda qalan yüklərin həcmi 19,5 min ton olub.
Yanvarda dəniz nəqliyyat ilə daşınmış sərnişinlərin sayı ötən ilin müvafiq ayına nisbətən 50 faiz artaraq 1,8 min nəfər təşkil edib.

Nəqliyyat 2020-02-22 11:44:00