Naxçıvanda ümumi daxili məhsul istehsalı artıb
Naxçıvan, 22 fevral, AZƏRTAC
Naxçıvan Muxtar Respublikasında 2020-ci ilin yanvar ayında 173 milyon 71 min 900 manatlıq ümumi daxili məhsul istehsal olunub. Bu da 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 1 faiz çoxdur.
Muxtar respublikanın Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, hər bir nəfərə düşən ümumi daxili məhsulun həcmi 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 2 faiz artaraq 376,4 manat olub.
Qeyd edək ki, muxtar respublikada da təmin olunmuş makroiqtisadi sabitlik nəticəsində son illərdə iqtisadiyyatın dinamik inkişafı təmin olunub, yaradılmış istehsal müəssisələri hesabına yerli məhsulların həcmi xeyli artıb. Bu da, öz növbəsində, muxtar respublikada ümumi daxili məhsulun həcmində özünü göstərir. Bu, Naxçıvanda sahibkarlığın inkişafına göstərilən davamlı dövlət dəstəyinin əyani göstəricisidir.
İranda baş verən zəlzələ Naxçıvan Muxtar Respublikasında hiss olunub - YENİLƏNİB
Ağdamda eyni gündə doğulub, eyni gündə də şəhid olan qardaşların xatirəsi anılıb
Qax Damazlıq İpəkçilik Stansiyasında 4785 qutu ipəkqurdu toxumu inkubasiyaya qoyulacaq
Naxçıvançaydan Heydər Əliyev su anbarına bərk tullantılar daxil olub
Otuza yaxın şəhid övladı Ağbulaq İstirahət Mərkəzində istirahət edib