×
A
A
A
Sazlamalar

Şagirdlər Beynəlxalq Ana Dili Günü haqqında məlumatlandırılıblar

Bakı, 22 fevral, AZƏRTAC

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin mərkəzi kitabxanası A.Məmmədov adına 38 nömrəli tam orta məktəbdə 21 fevral – Beynəlxalq Ana Dili Günü ilə əlaqədar tədbir keçirib.
İdarədən AZƏRTAC-a bildirilib ki, kitabxananın böyük metodisti İradə Hüseynova şagirdlərə Beynəlxalq Ana Dili Günü haqqında məlumat verib. Bildirib ki, Beynəlxalq Ana Dili Gününün tarixi 1952-ci il fevralın 21-22-də Pakistanda benqal dilinin qadağan edilməsinə etiraz olaraq keçirilən aksiyada polis və silahlı qüvvələrin müdaxiləsi nəticəsində həlak olan dörd nəfərin xatirəsi ilə bağlıdır. Banqladeş nümayəndələri fevralın 21-ni məhz həmin şəhidlərin xatirəsinə ehtiram əlaməti kimi Ana dili günü adlandırılması haqqında müraciət ediblər.
Məktəb kitabxanasının müdiri Səbinə Abbasova ölkəmizdə ana dilinin qorunması ilə bağlı görülən işlərdən danışıb. Şagirdlər ana dilinə həsr olunmuş şeirlər söyləyiblər.

Mədəniyyət 2020-02-22 10:16:00