×
A
A
A
Sazlamalar

Ucarda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib VİDEO

Ucar, 22 fevral, AZƏRTAC 

Ucar rayonunda ötən gecə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə Bakı-Qazax yolunun Ucar rayonunun "Dördyol" adlanan hissəsində qeydə alınıb. Belə ki, "Daewoo" markalı sərnişin avtobusu yolu keçmək istəyən piyadanı - Qarabörk kənd sakini, 1973-cü il təvəllüdlü Ehtiram Novruzəliyevi vurub.
E.Novruzəliyev dərhal rayon mərkəzi xəstəxanasına çatdırılıb. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.

Regionlar 2020-02-22 10:11:00

Video