×
A
A
A
Sazlamalar

FHN-in Qarabağ Regional Mərkəzində mülki müdafiə kursları təşkil edilib

Bakı, 21 fevral, AZƏRTAC 

Fövqəladə Hallar Nazirliyinin (FHN) Qarabağ Regional Mərkəzində rəhbər heyət və mütəxəssislərin mülki müdafiə və fövqəladə hadisələrdən mühafizəsi üsullarının hazırlanması proqramı əsasında növbəti mülki müdafiə kursları keçirilib.
FHN-dən AZƏRTAC-a bildiriblər ki, kursun iştirakçılarına qanunvericilik və normativ-hüquqi baza, baş verə biləcək fövqəladə hadisələrdən mühafizə üsulları, fərdi və kollektiv mühafizə vasitələrindən istifadə qaydaları, idarəetmə orqanlarının əhalinin mühafizəsi sahəsindəki rol və vəzifələri, zərərçəkmişlərə ilk yardımın edilməsi, həmçinin mülki müdafiə qüvvə və vasitələrinin idarə olunması üzrə bacarıqlarının təkmilləşdirilməsi mövzularında məşğələlər keçirilib. Tədris edilən mövzulara aid fotoslayd və videoçarxlar nümayiş etdirilib, dinləyicilər xüsusi xilasetmə alət və avadanlığı ilə yaxından tanış olublar.
Sonda kursları uğurla başa vurmuş dinləyicilərə şəhadətnamələr təqdim edilib.

Sosial 2020-02-21 19:09:00