×
A
A
A
Sazlamalar

Yevlax rayon sakinindən bir kiloqrama yaxın heroin götürülüb

Bakı, 21 fevral, AZƏRTAC 

Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Yevlax rayon sakini M.Mustafayev Nərimanov Rayon Polis İdarəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, axtarış zamanı ondan 905 qram heroin aşkarlanaraq götürülüb.
Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Corat qəsəbə sakini, əvvəllər məhkum olunmuş E.Mahmudov isə Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb. Ondan 470 qram marixuana götürülüb.
Hər iki faktla bağlı araşdırma aparılır.

Hadisə 2020-02-21 18:57:00