×
A
A
A
Sazlamalar

Paytaxtda evdən 1500 manat oğurlayan keçmiş məhkum tutulub

Bakı, 21 fevral, AZƏRTAC 

Paytaxtda oğurluqla məşğul olan şəxslər tutulublar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, fevralın 18-də Nərimanov rayonu ərazisindəki evlərin birindən 1500 manat oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş R.Məmmədov Rayon Polis İdarəsinin 16-cı polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.
Binəqədi rayonu ərazisindəki 5 həyətyanı sahədən su sayğacı, nasos və çən oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş F.Salamov isə Binəqədi Rayon Polis İdarəsinin 43-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yaxalanıb.
Faktlarla bağlı araşdırma aparılır.

Hadisə 2020-02-21 18:54:00