×
A
A
A
Sazlamalar

“Ən yaxşı hərbi aşpaz” adı uğrunda yarış keçirilib

Bakı, 21 fevral, AZƏRTAC 

Müdafiə Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsinin 2020-ci il üçün hazırlıq planına əsasən Azərbaycan Ordusunun birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı hərbi-təhsil müəssisələrində çalışan hərbi aşpazların nəzəri bilik və praktiki bacarıq səviyyələrini yoxlamaq üçün “Ən yaxşı hərbi aşpaz” adı uğrunda yarış keçirilib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, yarış bölmələrdə xidmət edən aşpazların praktiki təcrübələrinin təkmilləşdirilməsi, yeməkxanaların nümunəvi vəziyyətdə saxlanılması, xörəklərin keyfiyyətinin daha da yaxşılaşdırılması məqsədilə təşkil olunub.
Üç mərhələdə keçirilən yarış vaxtı qidanın düzgün hazırlanmasına, ərzaq məhsullarının emalı zamanı tullantıların normalarına, texnoloji avadanlıqdan düzgün istifadəyə, xüsusi geyimin təmizliyinə, sanitariya-gigiyena tələblərinə ciddi riayət edilməsinə və digər amillərə diqqət yetirilib.
Yarışın yekununda qaliblər mükafatlandırılıb.

Ordu 2020-02-21 18:13:00