×
A
A
A
Sazlamalar

“Təmiz təbiət, sağlam həyat” rəsm müsabiqəsinin qalibləri mükafatlandırılıb

Bakı, 21 fevral, AZƏRTAC

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin (BŞGİBİ) və Nərimanov Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə rayonun orta ümumtəhsil məktəblərinin şagirdləri arasında keçirilən “Təmiz təbiət, sağlam həyat” devizi altında rəsm müsabiqələrinin qalibləri mükafatlandırılıb.
BŞGİBİ-dən AZƏRTAC-a bildiriblər ki, müsabiqədə 13 orta ümumtəhsil müəssisəsindən 70 məktəbli iştirak edib.
Şagirdlərin yüksək fəallıq nümayiş etdirdikləri rəsm müsabiqəsinin qalibləri Nərimanov Rayon İcra Hakimiyyətində keçirilən tədbirdə elan olunub. Müsabiqədə qalib gələn, eləcə də fərqlənən şagirdlər diplom və medallar ilə təltif ediliblər.

Sosial 2020-02-21 18:04:00