×
A
A
A
Sazlamalar

“Urania” kinoteatrının veb-saytı Budapeşt sakinlərini Azərbaycan Kinosu Günlərinin proqramı barədə məlumatlandırır

Budapeşt, 21 fevral, AZƏRTAC

Budapeştin “Urania” kinoteatrının saytında bu həftə Macarıstan paytaxtında keçirilən Azərbaycan Kinosu Günləri barədə məlumat yerləşdirilib.
AZƏRTAC tanınmış kinoteatrın divarları arasında Azərbaycan Kinosu Günlərinin açılış mərasiminin keçirilməsi barədə artıq məlumat verib. Filmlərin nümayişi Budapeştlə yanaşı, Peç və Seqed şəhərlərində də keçirilir. Beş gün davam edəcək tədbir bütün kinoteatrlarda anşlaqla keçir.


Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Budapeşt

Mədəniyyət 2020-02-21 17:50:00