×
A
A
A
Sazlamalar

Nəsimi rayonunda avtomobil qaçıran şəxslər yaxalanıblar

Bakı, 21 fevral, AZƏRTAC 

Nəsimi Rayon Polis İdarəsinin 19-cu polis şöbəsinə müraciət edən Bakı şəhər sakini A.Məmmədxanlı fevralın 18-də R.Məmmədov küçəsindən “Toyota Prado” markalı avtomobilinin qaçırıldığını bildirib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, həmin nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Göyçay rayon sakini H.İsmayılov nazirliyin Təhlükəsiz Şəhər Xidməti, Nəsimi Rayon Polis İdarəsinin 19-cu polis şöbəsi və Göyçay Rayon Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Göyçay rayonunda saxlanılıb.
Nəsimi Rayon Polis İdarəsinin 22-ci polis şöbəsinə müraciət edən Bakı şəhər sakini E.Quliyev isə yanvarın 30-da yaşadığı evin qarşısından “BMW” markalı avtomobilinin mühafizəçi tərəfindən qaçırılaraq R.Behbudov küçəsində pilləkənlərə vurulduğunu bildirib.
Həmin nəqliyyat vasitəsini oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini M.Qarayev keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində polis əməkdaşları tərəfindən yaxalanıb.
Hər iki faktla bağlı araşdırmalar aparılır.

Hadisə 2020-02-21 17:46:00