×
A
A
A
Sazlamalar

Mərkəzi Bank 100 milyon manat cəlb edir

Bakı, 21 fevral, AZƏRTAC

Fevralın 24-də Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracı keçiriləcək.
AMB-dən AZƏRTAC-a bildirilib ki, hibrid hərracda 100 milyon manat məbləğində vəsaitin cəlbi nəzərdə tutulur. Depozit hərracının müddəti 14 gündür. "Bloomberg" ticarət sistemində keçiriləcək hərrac üzrə faiz dərəcələri 5,51-7,24 faiz təşkil edir.

Maliyyə 2020-02-21 17:24:00